Ermənilər Tərtər sakininin maşınını atəşə tutdu

9 İyul 2015 18:15 (UTC+04:00)

Ermənistan ordusu Tərtərin Qapanlı kəndini atəşə tutub. "Report" xəbər verir ki, ermənilərin atdığı güllələr təmas xəttinə yaxın yerləşən evlərə dəyib.  İri çaplı silahlardan atılan güllələrdən bir neçəsi kənd sakini Mübariz Həsənova məxsus "VAZ -2106" markalı avtomobilə dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Qeyd edək ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.