Siyavuş Novruzov: "Böyük Britaniya beynəlxalq hüququ pozur"

9 İyul 2015 21:30 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakyanın Böyük Britaniyanın paytaxtı Londona səfərinə münasibət bildirib S.Novruzov deyib ki, B.Saakyanın səfəri qanunsuzdur: "Azərbaycan dövləti bu səfərlə bağlı etirazını bildirib. Tanınmayan, qeyri-qanuni respublika rəhbərinin, separatçıların başçısının Londona dəvət olunması düzgün deyil. Bu, beynəlxalq hüquqa tamamilə ziddir".

O bildirib ki, belə hallar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mənfi təsir göstərir: "Bu cür addımların qarşısı alınmalıdır. Hesab edirəm ki, bunun yolverilməzliyi Böyük Britaniya hökumətinin diqqətinə çatdırılmalıdır".

Xatırladaq ki, iyulun 8-də qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" Bako Saakya İngiltərədəki "Chatham House" – Kral Beynəlxalq Münasibətlər İnstitutunun dəvəti ilə Londona səfər edib. O, "Dağlıq Qarabağ: Regional çağırışlar" adlı tədbirə qatılıb.