“Azərbaycan Dəmir Yolları” Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

10 İyul 2015 11:20 (UTC+04:00)

Qurumun mәtbuat katibliyinin rәisi Nadir Әzmәmmәdovun Movqe.az-a verdiyi mәlumata görә, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir".