Tovuzda baş verən avtomobil qəzasında iki nəfər ölüb

10 İyul 2015 12:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzası barədə məlumat yayıb. 

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində "Mercedes" markalı minik avtomobili, "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə "Mercedes" markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. 

Qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.