Vladimir Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"

10 İyul 2015 15:30 (UTC+04:00)

"Azərbaycan, Kamboca, Ermənistan və Nepal danışıqlar üzrə tərəfdaş kimi Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinə qoşulacaq".

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət başçıları Şurasının genişləndirilimiş iclasında bildirib.

Onun sözlərinə görə, ŞƏT-ə qoşulmaq istəyən başqa dövlətlər də var.

Qeyd edək ki, hazırda ŞƏT-də Qazaxıstan, Qırığıstan, Özbəkistan, Rusiya, Tacikistan və Çin təmsil olunur.