Moskvada Beynəlxalq Quran festivalı keçiriləcək

10 İyul 2015 16:30 (UTC+04:00)

Movqe.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Müftilər Şurasının sədr müavini Ruşan Abbasovun bəyanatına istinadən bildirib.


Festival Moskvanın İslam Mədəniyyət Mərkəzində iyulun 11-dən yeddi gün ərzində davam edəcək.


Tədbirdə İrandan, Azərbaycandan, Qazaxıstandan, Tacikistandan, Türkiyə və Hindistandan olan dinşünaslar və tərcüməçilər çıxış edəcəklər.


İştirakçılar müsəlmanlara, dinşünaslara, tərcüməçilərə və bütün arzu edənlərə Quranın nəşrlərini, filmlər və animasiyalar, elmi ədəbiyyatın yeniliklərini, incəsənət əsərlərini təqdim etməyə hazırlaşırlar.