Prezident İlham Əliyev Monqolustan prezidentinə məktub ünvanlayıb

10 İyul 2015 20:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorjaya təbrik məktubu ünvanlayıb. Movqe.az-ın məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".