Azad Rəhimov: ""Formula-1" yarışları üçün "Azadlıq" meydanında iki mərtəbəli "pit-stop" binası tikiləcək"

11 İyul 2015 11:00 (UTC+04:00)

"Azadlıq" meydanında "Formula-1" yarışlarının keçirilməsi üçün yardımçı iki mərtəbəli "pit-stop" binası tikiləcək".

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, hazırda "Formula-1"lə bağlı aparılan işlər texniki məsələlərdir: "Bilirsiz ki, Bakı şəhərində yarışın keçirilməsinə şərait yaradılmalıdır. Hazırda texniki işlər həyata keçirilir. Yarış keçiriləcək yollarda asfalt örtüklərinin dəyişdirilməsi 1-2 ay müddətinə tamamlana bilər. Biz bu işə növbəti ilin martından başlamağı planlaşdırırıq".