Xalq artistinin avtomobili - foto

11 İyul 2015 13:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənninin maşınını "Evdəkilərə salam" verilişi görüntüləyib.

S.Səmədov ağ rəngli "Land Cruiser" markalı avtomobilinin "10 SS 917" dövlət nömrə nişanının mənasını da açıqlayıb:

"Uzun illərdir bu nömrəni istifadə edirəm. Maşınımı dəyişsəm də, onu saxlayıram. SS - Səməd Səmədovun baş hərfləridir. 917 isə mənim doğum tariximdir: 9-cu ay sentryabrın 17-də dünyaya gəlmişəm".