Bu gün İranın nüvə proqramı üzrə saziş imzalana bilər

12 İyul 2015 11:30 (UTC+04:00)

İranın nüvə proqramı üzrə danışıqların iştirakçıları iyulun 12-də razılıq əldə etmək niyyətindədirlər.

Movqe.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Altılıq" və İran ciddi-cəhdlə iş aparır. Tərəflər iyulun 12-dək saziş imzalamağa çalışırlar", — deyə diplomat bildirib.