İngiltərədə dovşancıl otuna toxunan beş uşağın bədənlərində qorxunc yaralar meydana gəlib.
Movqe.az xəbər verir ki, İngiltərədə parkda oynayan 5 uşaq bu bitki ilə təmas edincə bədənlərində kimyəvi yanıqlar meydana gəlib. Uşaqlar bitkiylə təmas etdikdən sonra vəziyyəti fərq etməyiblər. Lakin zaman keçdikcə bədənlərində yanıqlar meydana gəlməyə başlayıb.
Həkimlər, bədəndəki qızarıqları ilk gördüklərində səbəbi müəyyən olmayan allergik reaksiya diaqnozu qoyub ailələri evinə göndəriblər.
Qorxunc ağrıya dayana bilmədiklərini söyləyən uşaqları təkrar xəstəxanaya aparan ailələr, uşaqların bədənlərində olan qabarcıqların dovşancıl otundan qaynaqlı kimyəvi reaksiya olduğunu öyrəniblər.
Uşaqlardan birinin atası, "Uşağım acı içində qışqırırdı və həkimlərin nə olduğu haqqında fikri yox idi. İlk başda qızarıqlarla başladı, sonra yaraları gördüm. 48 saat sonunda isə qabarcıqlar meydana gəlməyə başladı uşağımın bədənində "deyib.
Şəhər Şurası ilə danışan ailələr "Biz bu vəziyyət üçün çox üzr istəyirik, dovşancıl otuna dair bir mübarizə başladırıq" cavabını alıb. Bəzək bitkisi olaraq tanıdılan dovşancıl otunun verdiyi ziyanlar yeddi ildə yaxşılaşır.
Bu bitkiyə toxunmuş olan kəslərin günəş işığından özlərini qoruması lazımdır. Mütəxəssislər bu bitkiyə toxunmanız halında dərhal həkimə getməniz lazım olduğunu söyləyib.