Nabranda reyd: 120 sürücü cəzalandırıldı

13 İyul 2015 12:30 (UTC+04:00)

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçiriblər. Yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində olub. Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-ya verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 120-dən artıq sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 9-u avtomobili sərxoş vəziyyətdə, 5 nəfər sürücülük hüququ olmadan maşın idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub. Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.