"Kasilyas "Barcelona"ya getsəydi, etiraz etməzdim"

13 İyul 2015 17:30 (UTC+04:00)

İker Kasilyasın "Real Madrid"dən "Porto" klubuna keçidi yay transfer dönəminin ən böyük sürprizlərindən biri oldu. "Mundo Deportivo" nəşrinə müsahibə verən təcrübəli qapıçının valideynləri bu barədə sualları cavablandırıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispan qolkiperin anası Maria del Karmen Kasilyasın "Porto"ya gedişində klubun hazırki prezidentini (Perez) ittiham edib.

"Florentino Perez onu istəmirdi. Çünki boyu qısa idi. O, hündür qapıçıları sevir. Perezin həmişə Buffonu transfer etməyə çalışıb. İker situasiya ilə barışmalı oldu. O, psixoloji təzyiqə məruz qaldı. Beş il ərzində qaralandı. Ədalətsizlik çox oldu. Bu isə psixoloji səviyyədə özünü göstərdi. Florentinonun Kasilyas arxivində iyrənc detallar var. O, Kasilyasa qarşı heç vaxt mehriban olmayıb. Xoşbəxtlikdən, oğlum güclü insan idi. Günahkar Perezdir. Çünki oğlum karyerasını "Real"da başa vurmaq istəyirdi".

Kasilyasın atası Xose Luis Kasilyas: "2010-cu ildən Florentinonun dəstəyi ilə bir sıra media orqanları İkerə qarşı qərəzli yazılarla çıxış etməyə başladı. Əlbəttə, "Santiago Bernabeu"da min nəfər səni fitə tutursa, bu, sevgi deyil. Bu, təhqir kampaniyasıdır".

Maria del Karmen "Porto" haqqında da fikirlərini bölüşüb. "İkerin Roada ev axtardığını eşidəndə ona zəng edib "Real"dan qalmalı olduğunu demişdim. İkerin səviyyəsində oloan idmançı üçün "Porto", 3-cü divizion klubudur. Dünya çempionu karyerasını "Porto"da başa vurmalı deyil. O, karyerasını istənilən klubda başa vura bilərdi. Kasilyas "Barcelona"ya getsəydi, etiraz etməzdim. O klubun rhbərliyində centlmenlər çalışır".

Qeyd edək ki, Kasilyasın anası daha sonra "Porto" haqqında səsləndirdiyi fikirlərə görə üzr istəyib.