Əməkdar artist ağladı - video

14 İyul 2015 00:30 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, aktrisa "Onlar" verilişinə danışarkən göz yaşlarını saxlaya bilməyib:


"Aktyor yoldaşım Ruslan Nəsirov rəhmətə getdi. Bu yaxınlarda ad günü idi, həmkarlarımızla birlikdə məzarını ziyarət etdik (ağlayır). Ürəyində problem var idi. Həyat fanidir, bunu bilirik. İnsanlar bir-birinin qədrini bilməlidir. Ruslan haqqında sakit danışa bilmirəm. Həm dostum, həm də əvəzolunmaz insan idi. Həmişə deyirdim ki, səni evləndirəcəm. Alınmadı... Bu il daha bir dostumu itirdim. Ona görə də çox kövrək olmuşam".