Vyanada İran və "Altılıq ölkələri" nazirlərinin həlledici plenar iclası başlayıb

14 İyul 2015 11:10 (UTC+04:00)

Vyanada "Altılıq ölkələri" xarici işlər nazirlərinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) plenar iclası start götürüb.

Movqe.az xəbər verir ki, bu barədə Avropa nümayəndə heyətindəki mənbəyə istinadən TASS məlumat yayıb.

Onun sözlərinə görə, tezliklə İranın xarici işlər naziri Cavad Zərif də onlara qoşula bilər.