5 yaşındakı ağır eqzema xəstəsi uşağın "Ana xahiş edirəm ölməyimə icazə ver" deyə ağrılar içində qıvranması eşidənləri göz yaşlarına boğub.
Movqe.az xəbər verir ki, 5 yaşındakı Morqan Bishopda hələ 4 aylıq ortaya çıxan və o gündən bəri həyatını zindana çevirən eqzema xəstəliyi yatmasına və gəzməsinə belə maneə törədir.
Ayaqlarındakı və bədənindəki çatlaqlar turşu yanığı kimi görünən kiçik Morqan, xəstəliyi səbəbiylə məktəbə gedə bilmir, gecələri yata bilmir və gəzə bilmir.
Hər cür müalicənin sınandığı Morqanın anası Dana, oğlunun 5-ci doğum günündə ölməyi seçim etdiyini söylədiyini ifadə edib.
Davamlı krem sürülməsinə baxmayaraq çox böyük ağrılar çəkən kiçik Morqanın ayrıca astma və böyrək problemləri də var. Morqan, yumurta, süd məhsulu, kartof və düyüyə qarşı da allergiyası olduğundan bəslənməsi üçün yeməyə çox az variant qalır.
Gecələri bədəninin qurumasının qarşısını almaq üçün yaş dəsmallara bükülən Morqan, yatmaqda da çətinlik çəkir.