"İranın nüvə proqramı üzrə razılaşma beynəlxalq münasibətlərdə yeni səhifə aça bilər".
Movqe.az "Report"-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Mogerini "altılıq" ölkələri ilə İran təmsilçilərinin Vyanada keçirilən plenar iclasının açılışında bildirib.
O deyib ki, bu gün qəbul edilən qərar yalnız İranın nüvə proqramına aid deyil: "Qərar daha əhatəlidir. Bu qərar diplomatiya, əlaqələndirmə, əməkdaşlığın on illər boyu gərginliklərdən və qarşıdurmada keçərək, beynəlxalq münasibətlərdə yeni səhifə açmağın mümkünlüyünü göstərdi. Fikrimcə, bu, bütün dünya üçün ümid simvoludur".