"İranla "altılıq" arasında razılaşma qarşılıqlı konstruktiv fəaliyyətin mümkün olduğu deməkdir".
Movqe.az xəbər verir ki, bu haqda İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə proqramı üzrə "altılıq"la razılaşmanı "twitter" səhifəsində dəyərləndirərkən bildirib.
İran prezidenti qeyd edib ki, razılaşma ümumi təhlükələrə qarşı mübarizə üçün yeni üfüqlər, yeni təhlükələrə qarşı mübarizə üçün imkanlar açır.