Mərkəzində olduğu qalaktikadan daha sürətli genişlənən qara dəlik, elm adamlarını çaşdırıb.
Movqe.az xəbər verir ki, göy alimləri, indiyə qədərki ən böyük qara dəliyi kəşf edib.
Yale Universitetindən edilən şərhdə, qara dəliyin, Dünyanın da içində olduğu Samanyolu Qalaktikasından 220 milyon işıq ili uzaqlıqdakı CID-947 Qalaktikasının mərkəzində olduğu ifadə edilib.
Amerikan Havacılıq və Kosmos Dairəsinin (NASA) Chandra X işin Rəsədxana, Havaydakı WM Keck Rəsədxanası və Avropa Kosmos Agentliyi (ESA) tərəfindən XMM-Newton kosmos vasitəsindən əldə edilən məlumatların araşdırılması nəticəsində kəşf edilən qara dəliyin, Günəşin təxminən 7 milyard qatı böyüklüyündə olduğu təxmin edilib. Günəşin Dünyanın 109 qatı böyüklüyündə olduğu nəzərə alındığında kəşf edilən qara dəliyin, Dünyadan 763 milyard qat böyük olduğu hesablanıb.
Kainatın meydana gəlməsinə səbəb olduğu fərz edilən Böyük Partlamadan təxminən 2 milyard il sonra meydana gəldiyi sanılan qara dəliyin, 11,7 milyard yaşında olduğu təxmin edilir.
Araşdırma qrupu, kəşf edilən qara dəliyin ətrafındakı qalaktikanın kütləsinin 10da birini meydana gətirdiyini də ortaya çıxarıb.
Qara dəliklər, ümumiyyətlə mərkəzində olduğu qalaktikanın kütləsinin 0,2% və ya 0,5%-ni meydana gətirir.
Eyni zamanda digərlərindən fərqli olaraq mərkəzində olduğu qalaktikadan daha sürətli genişlənən qara dəlik, göy alimləri arasında qarışıqlığa səbəb olub.
Elm adamları, indiyə qədər qara dəliklərin ətraflarındakı qalaktikalarla eyni sürətlə ya da daha yavaş böyüdüyünü, yalnız yeni yaranan qalaktikaların mərkəzindəki qara dəliklərin sürətlə genişləndiyini fərz edirdi.
Araşdırmaya köməklik edən İsveçrə Federal İnstitutundan Benny Trakhtenbrot, "Normal ölçülərdəki bir qalaktikada nəhəng bir qara dəlik ortaya çıxardıq. Bu qara dəlik, ətrafındakı qalaktikanı indiyə qədər rastlamadığımız bir sürətlə yeyir. Kəşif , qalaktikaların təşəkkülü ilə əlaqədar hal-hazırdakı modelləri yenidən nəzərdən keçirməmizə yol açacaq "deyib.
Qara dəlik, kosmik zamandakı nəhəng qara dəliklərin xəritəsini çıxarmağa çalışan beynəlxalq tədqiqat qrupu tərəfindən kəşf edilib. Araşdırma qrupunda Yale Universitetiylə birlikdə Harvard Universiteti, Havay Universiteti, Oxford Universiteti, Almaniyadakı Max-Planck İnstitutu, İtaliyadakı Roma Rəsədxanası və İsveçrədəki Sürix Universitetindən elm adamları iştirak edib.
Qara dəliyin kəşfi ilə əlaqədar məqalə "Science" jurnalında da nümayiş olunub.
Samanyolu Qalaktikası daxil kainatdakı qalaktikaların çox böyük bir qisiminin mərkəzində qara dəliklər yer alır. Qara dəliklər, sahib olduqları güclü yer çəkilişi sayəsində işıq daxil ətraflarındakı hər şeyi içinə çəkir.