Azərbaycanda Ramazan ayının bayram namazının vaxtı açıqlanıb

16 İyul 2015 13:00 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda müqəddəs Ramazan ayının bayram namazının qılınacağı vaxtını açıqlayıb. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Movqe.az-a bildirib ki, iyulun 18-i saat 10.00-da "Təzə pir"də və Azərbaycanın digər məscidlərində bayram namazı qılınacaq.

R.Dadaşova deyib ki, iyulun 18-i Ramazan bayramıdır: "İnsanlar bayram namazından sonra Ramazan bayramını qeyd edə bilərlər". 

Xatırladaq ki, Ramazan ayı Azərbaycanda iyunun 18-də başlayıb.