"ASAN xidmət”də cəmi iki gün iş olmayacaq

16 İyul 2015 15:30 (UTC+04:00)

"ASAN xidmət"də iki gün qeyri-iş günü olacaq.ASAN-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində Ramazan bayramı ilə əlaqədar 17-18 iyul tarixlərində qeyri-iş günüdür. İyulun 19-dan isə vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.