Almaniyanın cənubunda naməlum şəxslər ötən gecə bina kompleksini yandırıblar. Movqe.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bina yaxın vaxtlarda qaçqınlar üçün sığınacaq olmalı idi. Polis nümayəndəsi insidentin millətlərarası nifaq motivləri əsasında törədilməsini istisna etməyib. Belə ki, bunadək qaçqınlar əleyhinə etiraz aksiyaları keçirilmişdi.