“Taxt-tac oyunu” serialı necə çəkilir?

16 İyul 2015 20:20 (UTC+04:00)

Sirr deyil ki, yazıçı Corc Martinin "Buz və alovun mahnısı" romanı əsasında ABŞ-ın HBO telekanalının çəkdiyi "Taxt-tac oyunu" dram serialı dövrün ən baxımlı ekran işlərindən biridir.

Movqe.az xəbər verir ki, serial tamaşaçılarda qəhrəmanların bahalı kostyumları, çəkiliş məkanları ilə yanaşı, xüsusi video effektlər sayəsində də böyük maraq doğurub. Mackevision vizual effektlər və animasiya studiyası tərəfindən həyata keçirilən video-effektlər sayəsində "Taxt-tac oyunu"nda şəhər epizodları tamamilə dəyişir. Studiyanın rəsmi Vimeo kanalında paylaşdığı videoda bir çox səhnələr üzərində iş prosessini nəzərdən keçirə bilərik.