Yunanıstana daha bir zərbə - 100 milyon

16 İyul 2015 19:30 (UTC+04:00)

Türkiyə 4 il əvvəl Yunanıstana açdığı məhkəmə davasını udub. Medianews.az –in xəbərinə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız məlumat verib. Taner Yıldız Yunanıstanın çətin vəziyyətdə olduğunu qeyd edərək deyib: "Onlara kömək etmək istəyərdik, ama bizim üçün öz ölkəmizin vəziyyəti ön planda gəlir". Qeyd edək ki, 4 il əvvəl Türkiyənin boru ilə neft daşıma şirkəti "BOTAŞ" la Yunanıstanın "DEPA" (təbii qaz şirkəti) arasında narazılıq yaranmışdı. Nəticədə Türkiyə Yunanıstanı məhkəməyə verməyə məcbur olmuşdu.