Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana gələcək

18 İyul 2015 15:30 (UTC+04:00)

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Cənubi Qafqaz regionuna səfər edəcək. Movqe.az-ın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, səfər iyulun 20-22-də baş tutacaq.


D. Tuskun səfəri Ermənistandan başlayacaq, o, həmin gün, yəni iyulun 20-də Gürcüstana gedəcək. D. Tusk iyulun 22-də Azərbaycana gələcək.