"Arsenal" ən azı 4 futbolçu da transfer etməlidir"

18 İyul 2015 22:00 (UTC+04:00)

"Sky Sports" kanalında futbol eksperti çalışan Tyerri Anri "Arsenal"ın transfer siyasəti barədə fikirlərini bildirib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis növbəti dəfə hücum xəttinə yeni futbnolçunun gətirilməsini zərurui hesab edib.

"Hazırda komandanın düzgün mentaliteti və qələbə qazanmağı bacaran heyəti var. Amma "Chelsea"yə daha da yaxınlaşmaq üçün "Arsenal" ən azı 4 futbolçu da transfer etməlidir. Mən klubu öz dövrümlə müqayisə edirəm. "Arsenal"a ilk dəfə gələndə 60 dəqiqədən çox oynamırdım. Hərdən ehtiyatda Berqkamp, Şuker, Viltor və Kanu kimi məşhur futbolçular da qalırdı. Fikrimcə, onlara daha bir hücumçu lazımdır. Bu, Jirunun işini asanlaşdırar. Bəlkə də, Uolkott bunu öz öhdəsinə götürə bilər. Bəziləri Venqer haqqında suallar verir. Amma, düşünürəm ki, Arsen düzgün yoldadır. Növbəti çempionluğu qazanmaq üçün ona emossiyaları kifayət edər".