Elza Seyidcahan qızının toy tarixini açıqladı

19 İyul 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "Star life" verilişinə açıqlamasında bunları deyib:


"Xınayaxdı avqustun 19-da, toy isə 24-dədir. Fərqli ideyaları var. Bir çox restoran sahibləri öz məkanlarını mənə təmənnasız verir. Amma qızımın arzusu var. Maddi baxımdan mənə baha başa gəlsə də, onları reallaşdıracam. Xınayaxdı suda olacaq. Övladıma xeyir iş edirəm, alnım açıq, üzüm ağdır. Qapım bütün media əhlinin üzünə açıqdır, gəlib çəkə bilərlər".