"City" gənc futbolçunu transfer edib

19 İyul 2015 16:00 (UTC+04:00)

"Manchester City" növbəti transferini reallaşdırıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər" "Fulham"in gənc hücumçusu Patrik Robertsi heyətə qatıb. 18 yaşlı hücumçunun transfer qiyməti açıqlanmasa da, "Sky Sports" bunun 11 milyon funt olduğunu iddia edir.