Xalq artisti Polşada

19 İyul 2015 18:00 (UTC+04:00)

Movqe.az-ın Azərtac-a istinadən məlumatına görə, ötən gün sənətkarlar Polşada keçirilən "Jarocin 2015" musiqi festivalında çıxış ediblər.

Festival çərçivəsində muğam ifaçılarımız Polşanın "Vovo" musiqi qrupu ilə birgə çıxış edib və müxtəlif musiqi nömrələri səsləndiriblər. "Vovo" qrupunun iki mahnısını duet şəkilində oxuyan xanəndəmizin ifası qrupun son diskində yer alıb. Bu səbəbdən qrupun solistləri "Jarocin 2015" festivalı ərəfəsində Alim Qasımovla bu mahnıları canlı ifa etmək istəyiblər. İfa zamanı həmvətənlərimizi polşalı qrup müşayiət edib.

Qeyd edək ki, Alim Qasımovun növbəti konsert proqramı avqust ayında Malayziyada reallaşacaq.