Movqe.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Odessa qubernatoru Mixail Saakaşvili Feysbuk səhifəsində bildirib.
"Putinə qarşı ilk dəfə silahlı müqaviməti mən göstərmişəm. Buna görə də məni indiyədək öldürməklə təhdid edir. Ukraynanın ərazi bütövlüyü ilə bağlı ikili mövqeyi olan şəxs heç vaxt mənimlə işləyə bilməz. Əksinə, Putinin əleyhinə nə varsa, bu bizim qələbəmizi yaxınlaşdırır", - Saakaşvili vurğulayıb.