Azərbaycan Milli Məclisinin deputatları tətilə buraxılıb

20 İyul 2015 11:30 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar tətilə buraxılıb. Movqe.az-ın "Report"-a istinadən xəbərinə görə, "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilir.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Tətil müddəti avqustun 30-dək davam edəcək.