İnstaqram daha bir haştağa qadağa qoydu

20 İyul 2015 14:00 (UTC+04:00)

Movqe.az-ın Axşam.az-a istinadən xəbərinə görə, bu dəfə #curvy-nin (gözəl) yazılmasına icazə verilməyəcək. Bir çox istifadəçi isə bu qərardan şikayətçidir. 

 

Sosial şəbəkə bundan əvvəl #nipple (süd vəzisi) haştağına da qadağa qoymuşdu. Buna səbəb İnstaqramın açıq-saçıqlığı əks etdirən videoların paylaşılmasının qarşısını almaq istəməsidir. Qadağanı ilk görən BuzzFeed #curvy sözünün axtarışlarda çıxmadığını bildirib.