"Qazanacağıma ümidim yox idi" - Lalə Məmmədova

20 İyul 2015 22:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında bunları deyib:


"Orada adımın yer aldığını ilk dəfə mediadan eşitdim. Burada çıxışın özü bir qələbə idi. Mükafatı qazanacağıma ümidim əvvəldən yox idi. Amma hadisənin özü məni fərəhləndirdi. Bu uğuru Kayahanın hesabına qazandım. "Kar taneleri" mənim Türkiyədəki vizit kartım oldu. Artıq orada insanlar məni tanıyır. Bəlkə də qardaş ölkədə illərlə qalsam, bu uğuru qazanmazdım. Bu yaxınlarda İstanbulda gözəllik salonuna getmişdim. Yanımdakı xanım vizajistə deyir ki, "Kayahanın albomundakı "Kar taneleri" mahnısını dinləmisiniz? Bu həmin xanımdır". Hamı təəccübləndi və mahnını çox sevdiklərin dedi. Buna görə də Kayahana çox borcluyam".