BRICS ölkələrinin İnkişaf Bankı fəaliyyətə başlayıb

21 İyul 2015 11:10 (UTC+04:00)

Rusiyanın Sankt Peterburq şəhərində 2013-cü ildə təşkil edilən G20 yığıncağı çərçivəsində BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika və Çin) tərəfindən yaradılan "BRICS İnkişaf Bankı" artıq rəsmən fəaliyyətə başlayıb.

Movqe.az-ın  məlumatına görə, baş ofisi Şanxay şəhərində yerləşən BRICS maliyyə qurumunun nizamnamə kapitalına hər bir dövlət 2 milyard dollar həcmində vəsait ayırıb. Beləliklə, bankın ilkin kapitalı 10 milyard dollar təşkil edir. 

Bankın fəaliyyətinin prioritet istiqaməti - infrastruktur layihələrin dəstəklənməsidir.