Kolleclərə ixtisas seçimi bu gün başa çatır

21 İyul 2015 12:00 (UTC+04:00)

Bu gün saat 23.59-da ümumi ( 9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi başa çatır. Bu barədə Movqe.az-a TQDK-dan bildirilib.

TQDK-dan, həmçinin bildirilib ki, nəzərdə tutulan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Qeyd edək ki, ixtisas seçimi iyulun 8-dən başlayıb.