Dünyanın ən gənc milyarderinin həyatı göz qamaşdırır

21 İyul 2015 16:20 (UTC+04:00)

Gün keçdikcə məşhurluğu artan snapchat tətbiqinin CEO-su Evan Spiegelin həyatı maraq çəkir.



Movqe.az xəbər verir ki, ABŞ-ın qərb sahilindəki Los Angeles bölgəsində və Malibunun dərhal şərqində yerləşən Pacific Palisadesdə böyüyən Spiegel, iki vəkilin ən böyük oğludur. Anası və atası, Spiegel hələ liseydəykən boşanıb.


Spiegel, 16 yaşında sürücü sənədini aldığı zaman, 2006 model bir Cadillac Escalade alıb. Avtomobilini, cənub Kaliforniyadakı məktəbinə yaxın Edisonın avtoparkına park edirdi və Spiegelin atası, enerji böhranının yaşandığı o dövrdə Edisonın şirkət vəkilliyini edirdi.


Spiegel, Stanford Universitetinə başladığında və burada Snapchatın o zamankı qurucu ortaqları Reggie Brown və Bobby Murphy ilə tanış olub. Evan Spiegel, Forbes jurnalına verdiyi bir reportajda, "Biz məktəbin karizmatik uşaqları deyildik. Bu səbəblə karizmatik ola bilmək üçün bir şeyləri inşa etməmiz lazım idi. " kimi danışıb.



2014-ci ildə nəhayət öz evini alan və atasının evindən daşınan Spiegel, Brentwoodda üç yataq otağı və bir də terası olan bir evə 3.3 milyon dollar ödəyib.



Qeyd edək ki, Snapchat, keçdiyimiz iyunda yüksək bir investisiya alıbb və bu səbəblə Spiegel özünə bir Ferrari alıb.