SOCAR: "Gürcüstanın qaz təchizatı ilə bağlı heç bir problem yoxdur"

21 İyul 2015 17:00 (UTC+04:00)

SOCAR Georgia" yerli bazarda möhkəmlənməkdə maraqlıdır və bu baxımdan regional və beynəlxalq layihələrdə uğurla iştirak edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Georgia Gas" Azərbaycanın Gürcüstanın qazla təchizatını dayandırması ilə bağlı yayılan məlumatların doğru olmadığını deyib. Movqe.az "Report"-a istinadən xəbər verir ki, şirkət hər iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və qaz təchizatı ilə bağlı Azərbaycanla Gürcüstan arasında uzunmüddətli sazişin imzalandığını, bu baxımdan təchizatla bağlı hər hansı problemin olmadığını açıqlayıb.

Məlumatda qeyd edilir ki, "SOCAR Georgia" yerli bazarda möhkəmlənməkdə maraqlıdır və bu baxımdan regional və beynəlxalq layihələrdə uğurla iştirak edir.