İki şəxsin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb

21 İyul 2015 21:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Movqe.az-ın məlumatına görə, sərəncamla musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı iki şəxsin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

Əsgərzadə Cəmilə Fuad qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi

Əzimova Çinarə Mehman qızı – Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi.