Pinewood Studios studiyası Ceyms Bond haqqında yeni filmin ikinci treylerini təqdim edib. Yazıçı Yan Fleminqin romanı əsasında çəkilən filmdə baş rollarda Deniel Kreyq, Kristof Vals, Monika Belluçi və Lei Seyq çəkiliblər.
Rəsmi adı "Spektr" olan filmdə 007 nömrəli xəfiyyə Aston Martin DB-10 markalı avtomobil sürəcək. Filmin büdcəsi 300 milyon dollar təşkil edir. Çəkilişlər London, Mexiko, Roma, eləcə də Mərakeş və Avstriyada çəkilib. Xəfiyyə 007 haqqında sayca 24-cü film 2015-ci ilin oktyabr ayında işıq üzü görəcək.