"Sentyabrda faiz artırımı ehtimalı 60 faizdir"

23 İyul 2015 16:00 (UTC+04:00)

Citigroup-un həyata keçirdiyi sorğuya görə, ABŞ Mərkəzi Bankı Fed-in Sentyabr ayında faizləri artırmağa başlayacağı ehtimalı 60%-dir. Sözügedən göstərici, İyun ayında keçirilən sorğuda 50 faiz idi. Qeyd edək ki, Fed-in Sentyabr ayında faizləri artırması dövlətin "pul kranını" bağlamağa başlaması deməkdir. Kredit xərcləri artdığından dövriyyəyə dolların daxil olması sürəti aşağı düşəcəkdir. Bu səbəbdən də, dollar indidən bahalaşmaya başlayıb.