ATU-nun Tədris Cərrahiyyə Klinikasında 650 qram çəki ilə dünyaya gələn körpə 33 gündür yaşayır. Bu barədə virtualaz.org saytına klinikadan xəbər veriblər. Xəbərdə deyilir ki, 23 həftəlik, 650 qram çəki ilə doğulan uşaq 33 gündür yaşayır. Qadın müraciət edərkən səhhətində problemlər olduğu aşkarlanıb, həkimlər hamiləliyin sona çatdırılmasını məsləhət görüblər. Amma müayinələr zamanı dölün yaşadığı bəlli olub. Süni doğuş nəticəsində dünyaya gələn uşaq sağ qalıb. Hazırda uşağın çəkisi 1 kiloqram 20 qrama çatıb. Uşağa Yusif adı verilib.