Qızmar hava geri qayıdır

23 İyul 2015 17:00 (UTC+04:00)

Sabah ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.