Rusların 87 faizi Putindən razı, 12 faizi narazıdır

23 İyul 2015 19:40 (UTC+04:00)

"Levada çentr" araşdırmalar mərkəzinin sorğusuna əsasən rusların 87 faizi ölkə prezidenti Vladimir Putinin fəaliyyətini dəstəkləyir.Bu barədə Movqe.az "İnterfax" agentliyinə istinadən xəbər verir. Rəyi soruşulanların yalnız 12% faizi Putinin yürütdüyü siyasətdən narazıdır. Bundan əlavə, sorğuya əsasən rusların 65%-i baş nazir Dmitri Medvedyevin fəaliyyətindən razıdır. Respondentlərin 33 faizi isə baş nazirin işindən narazıdır. Keçirilən sorğuya əsasən, ümumilikdə rusların 58%-i ölkə hökumətinin, 50 % isə Rusiya Dövlət Dumasının işindən razıdır.