11 milyard dollarlıq Ferrari

24 İyul 2015 00:00 (UTC+04:00)

Fiat qrupu (Fiat Chrysler Automobiles NV) Ferrari-nin Nyu-York Birjasında kütləvi açıq satışı üçün (İPO- İlkin kütləvi təklif) müraciət edib.İtalya-ABŞ birgə müəssisəsi olan Fiat- Chrysler birjaya etdiyi müraciətdə, 11 milyard dollarlıq super avtomobil bölməsini 2016-cı ilin ilk rübünə qədər ayrılmasının başa çatmasının hədəfləndiyi qeyd edilib. Sözügedən səhm satışı, şirkətin İcraçı Direktoru Sergio Marchionne-nin, 48 milyard avro (53 milyard dollar) həcmində investisiya proqramı çərçivəsində təxminən 5 milyard dollarlıq bir vəsait təmin etmək strategiyası kimi qiymətləndirilir. Ferrari-nin kassasında, 31 Martda açıqlanan balans məlumatlarına görə, 977 milyon avro nağd pul var. Ferrari-nin satışları ilk rübdə 0.2 faiz artmış və 621 milyon avro olaraq reallaşmışdı. Şirkətin xalis mənfəəti isə 20 faiz yüksələrək 65 milyon avro olub. Fiat qrupunun tərkibində Jeep, Alfa Romeo və Maserati markaları da fəaliyyət göstərir.