Səudiyyə Ərəbistanı Yəməndə aviazərbələri dayandırır

26 İyul 2015 12:30 (UTC+04:00)

Bu qərar ötən gün Moxka şəhərinin yaşayış kvartallarına yönəldilən qanlı aviazərbə xəbərindən sonra qəbul edilib

Səudiyyə Ərəbistanı Yəməndə üsyançı husilərə qarşı aviazərbələri müvəqqəti olaraq dayandırdığını elan edib.

Movqe.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bu qərar ötən gün Moxka şəhərinin yaşayış kvartallarına yönəldilən aviazərbə nəticəsində 120 dinc sakinin ölməsi xəbərindən sonra qəbul edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin üzvləri Yəməndə 5 günlük atəşkəs elan ediblər. Razılaşma ənbə günü yerli vaxtla saat 23:59-da qüvvəyə minib.

Bu möhlət sakinlərə humanitar yardım çatdırmaq üçün istifadə olunacaq.

Koalisiya qüvvələri, atəşkəs rejimini pozmaq cəhdlərinin cavabsız qalmayacağını vəd ediblər. İyun ayında tərəflər arasında BMT vasitəçiliyilə 6 günlük atəşkəs elan olunmuşdu.