İndoneziyada güclü zəlzələ olub

26 İyul 2015 15:30 (UTC+04:00)

İndoneziyanın Yava adasının cənub sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Movqe.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, zəlzələnin ocağı Malanq şəhərindən 150 kilometr cənub-şərqdə yerləşib.

Ölən və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.