"Qalmaqal insanı alçaldır"

27 İyul 2015 00:00 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, müğənni qalmaqalla gündəmə gələn ifaçıları qınayıb:


"Qalmaqal edənlər şöhrətpərəstlərdir. Onlar bu yolla diqqət mərkəzində olmağa üstünlük verirlər. Kimsə ünvanıma xoşagəlməz söz desə, telefonla zəng vurub məsələni aydınlaşdıraram. Bunun üçün mənə mikrofon və kamera lazım deyil. Efirdə qalmaqal kimə və nəyə lazımdır? İnsan işi ilə diqqət çəkməlidir. Qalmaqal ən axırıncı yoldur və insanları alçaldır".

 

E.Qasımov artıq çəki almasından da bəhs edib: 


"On kiloqram kökəlmişdim. Ondan sonra çətinliklə arıqlaya bildim".