Artıq bu istiqamətdə ilkin addımlar atılmış və bu
barədə ictimaiyyətə məlumat verilib.
Bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat
bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük
marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə
bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır.
Dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə
bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və
avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə
ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunmasına
qərar verilib. Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi
marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:
- Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya
21% ucuz) endiriləcəkdir.
Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq,
biznes-klassdan başqa digər bütün yerlərin 30%-dən az deyil və
təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn,
Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən
aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London,
Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda
48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və
s.
Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı
büdcəli sərnişindaşıma xəttləri ("lou-kost") təcrübəsinin tətbiqinə
başlayıb. Belə ki, bu ilin avqust ayından etibarən
Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq
Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq
hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı
reysi üzrə bir uçuş həyata keçiriləcək.
Standart "lou-kost" modelindən fərqli olaraq AZAL-ın "lou-kost"
xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə
konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün
əlavə ödənişin alınmayacaq. Uçuşlar "Embraer" təyyarələri ilə
həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin
salonundakı bütün yerlər eyni rahatlığa malikdir.
AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az)
bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə
hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə
müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə
komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı
yaradır.
Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.
Daha aydın müqayisə üçün AZAL-ın beynəlxalq uçuşları üzrə aviabiletlərinin yeni qiymətləri barədə ətraflı məlumat aşağıda verilmiş cədvəldə göstərilib.
- Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya (85 avro və ya 21% ucuz),
- Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),
Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) və s. endirim tətbiq olunacaqdır.
Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.
Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılıb.
Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabər imkanlar yaradılmışdır. Macarıstanın "WizzAir" şirkətinə gəldikdə, onlara cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi, güzəştli şərtlər təklif edilmişdir. Hazırda Macarıstan tərəfinin cavabı gözlənilir.
Bundan başqa, Azərbaycanın bütün hava limanlarında xarici şirkətlər tərəfindən 3-cü ölkələrə (tranzit) uçuşların həyata keçirilməsi üçün imkan yaradılıb. r.