Movqe.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin spikeri Kasım-Jomart Tokaev öz `Twitter` səhifəsində yazıb.
O, həmçinin bildirib ki, Qazaxıstanın rəsmən ÜTT-yə üzv olması mərasimində şəxsən ölkə prezidenti Nursultan Nazarbayev də iştirak edib. Artıq qazax lider bu məqsədlə İsveçrənin Cenevrə şəhərinə gəlib.
Üzvlülüklə bağlı sənədin ratifikasiya olmasından 30 gün sonra Qazaxıstan rəsmi olaraq ÜTT-ün 162-ci üzvü olacaq.
Qeyd edək ki, Azərbaycan hazırda bu təşkilata üzv olmaqla bağlı danışıqları hələ də davam etdirir.