Qətər Əmiri Bakıya gəlir: sazişlər imzalanacaq

27 İyul 2015 20:00 (UTC+04:00)

Qətər Əmiri Təmim bin Həməd Al Taninin Bakıya rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.


Movqe.az xəbər verir ki, diplomatik mənbədən Trend-ə verilən məlumata görə, səfər avqustun 5-6-na planlaşdırılır.


Səfər zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.


Danışıqların yekunlarına əsasən təhsil, İKT və digər sahələr üzrə bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.